Sabahdan uşaq bağçaları elektron qəbula keçir
2 avqust 2021-ci il saat 9:00 dan etibarən “bakibagcayaqebul.edu.az” saytı aktivləşdiriləcək və ilkin olaraq sayt vasitəsi ilə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssələrinə uşaqların elektron qaydada qəbulu həyata keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətindən Axar.az-a verilən xəbərə görə, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı uşaq bağçalarına uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatdırılıb. Artıq valideynlər evdən çıxmayaraq, innovativ əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçasına qeydiyyata ala bilərlər.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən pilot layihə kimi seçilən Nizami rayonunda bütün hazırlıq və təşkilati işlər həyata keçirilib. Bağçalara uşaq qəbulunun elektron qaydada həyata keçirilməsi üçün “bakibagcayaqebul.edu.az” saytı yaradılıb və istifadəçiləri maraqlandıran bütün suallar, o cümlədən qeydiyyatdan keçmə qaydası, məlumatların daxil edilməsi, uşaqların müəssisələrə qəbulu ilə bağlı sualların cavabları bu saytda yerləşdirilib. Saytın istifadəyə verilməsi üçün sınaq testləri keçirilib və avqust ayının 2-dən saat 9:00 dan etibarən sayt fəaliyyətə başlayacaq.
Valideynlər sayta daxil olaraq, müəssisənin adı yazılmış xanaya toxunmaqla müəssisədə övladının yaşına uyğun boş yerlər barədə məlumatı əldə edə biləcək, boş uşaq yeri olmadıqda vətəndaşa əraziyə yaxın 5 bağçada növbəyə dayanmaq seçimi təklif ediləcək.
İlk gündən etibarən prosses zamanı vətəndaşların qarşılaşdıqları problemlərin operativ həlli, qarşıya çıxan sualların cavablandırlması, mübahisəli məqamların aydınlaşdırılması ilə bağlı iş günləri saat 09-00-dan 18-00-a kimi “22-24" nömrəli qaynar xətt fəaliyyət göstərəcək və onun fəaliyyəti üçün elektron xidmət qrupu yaradılıb.
Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanlar, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək, Nizami rayonunda layihənin tətbiqindən sonra mərhələli şəkildə digər rayonlarda da elektron qəbul sisteminin tətbiqi həyata keçiriləcək.
Müəllif: Axar.az
Tarix: 1 Avqust 11:06
Digər xəbərlər
Qırıcılarımız "Texnofest-2021"də ilk uçuşlar icra etdi - Foto
Toplum
19:49
Xaçmazda ov edən şəxslər saxlanıldı
Toplum
19:40
"Dəmir Yumruq" abidəsinin açılışı oldu - Foto
Toplum
19:32
Vurulan vaksinlərin sayı 8 milyonu ötdü
Toplum
19:21
Koronaya yoluxanların sayı açıqlandı
Toplum
19:06
İqtisadi Şuranın növbəti iclası keçirildi
Toplum
19:01
Azərbaycan və Türkiyə qırıcıları İstanbul səmasında
Toplum
18:44
Orduda səmti müəyyənetmə yarışları keçirilir
Toplum
18:20
Bu kafe və restoranlar cərimələndi
Toplum
18:03
AXC-nin elan edildiyi bina bərpa olunur - Foto
Toplum
17:55
"Azəriqaz"dan sahibkarlara dəstək!
Toplum
17:48
Zirədə 3 qadın döyüldü
Toplum
17:42
Sabahdan hava şəraiti dəyişəcək – Xəbərdarlıq
Toplum
17:30
Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başladı
Toplum
17:19
Bakının mərkəzi küçələrindən biri bağlanır
Toplum
17:13
İndiyədək neçə qazi müalicə üçün Türkiyəyə göndərilib?
Toplum
17:07
Əli Əsədov Sulaimlə görüşdü
Toplum
16:53
Rusiyadan bu məhsulların idxalı qadağan edildi
Toplum
16:41
DSX və DTX-dən birgə əməliyyat: saxlanılanlar var - Foto
Toplum
16:35
Sabah Mingəçevirdə su kəsiləcək
Toplum
16:27
Rus sülhməramlılar üçtərəfli bəyanatı pozdu - Video
Toplum
16:21
Sabahdan bu avtobus da kart sisteminə keçir
Toplum
15:49
Trofimçuk himnimizdən yazdı: İnanılmazdır...
Toplum
15:32
Qənirə Paşayeva türkiyəli aydınlarla görüşdü
Toplum
15:13

Axar.az AZRUENآذ