Tovuzda şadlıq evlərində yoxlamalara başlanıldı
Tovuz Rayon Pols Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində monitorinq keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, tədbir zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb. Bundan başqa işçi, personalın vaksinasiya pasportları yoxlanılıb, onların xidmət zamanı hansı qaydalar ilə xidmət göstərməsi bildirilib.
Polis əməkdaşları mərasimə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmamasını da yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb.
Qeyd edək ki, mütəmadi olaraq aparılan monitorinqlər zamanı rayon ərazisində keçirilən toy mərasimləridə 22 qayda pozuntusu müəyyən edilib ki, onlardan 2-si şadlıq saraylarında aşkar olunub. 20-si isə fərdi yaşayış evlərində keçirilən toy mərasimləri zamanı aşkarlanan qayda pozuntularıdır. Aşkar edilən hər bir fakt üzrə polis əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə inzibati protokol tərtib edib.
Müəllif: Axar.az
Tarix: 1 Avqust 12:37
Digər xəbərlər
Zirədə 3 qadın döyüldü
Toplum
17:42
Sabahdan hava şəraiti dəyişəcək – Xəbərdarlıq
Toplum
17:30
Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başladı
Toplum
17:19
Bakının mərkəzi küçələrindən biri bağlanır
Toplum
17:13
İndiyədək neçə qazi müalicə üçün Türkiyəyə göndərilib?
Toplum
17:07
Əli Əsədov Sulaimlə görüşdü
Toplum
16:53
Rusiyadan bu məhsulların idxalı qadağan edildi
Toplum
16:41
DSX və DTX-dən birgə əməliyyat: saxlanılanlar var - Foto
Toplum
16:35
Sabah Mingəçevirdə su kəsiləcək
Toplum
16:27
Rus sülhməramlılar üçtərəfli bəyanatı pozdu - Video
Toplum
16:21
Sabahdan bu avtobus da kart sisteminə keçir
Toplum
15:49
Trofimçuk himnimizdən yazdı: İnanılmazdır...
Toplum
15:32
Qənirə Paşayeva türkiyəli aydınlarla görüşdü
Toplum
15:13
İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı
Toplum
15:00
Bazarda kartof ucuzdursa, alıcı niyə marketə qaçır?
Toplum
14:55
Bakıda yeni metro stansiyasının tikintisinə başlanıldı - Foto
Toplum
14:36
Prezident və xanımı lisey binasının açılışında - Foto
Toplum
14:24
100 manata korona pasportu satanlar müəyyən edildi
Toplum
14:07
DYP-dən sürücü valideynlərə müraciət
Toplum
13:56
Onkologiya Mərkəzi: Ağayevi müalicə etməyə hazırıq
Toplum
13:51
DGK yanında İctimai Şuraya seçkilər keçirilir
Toplum
13:45
Gürcüstanda azərbaycanlı vəhşicəsinə öldürüldü
Toplum
13:36
Göyçay sakini beton kanala düşdü, FHN-çilər xilas etdi - Video
Toplum
13:28
İlham Əliyev bu məktəbdə yaradılan şəraitlə tanış oldu
Toplum
13:24

Axar.az AZRUENآذ