100 manata korona pasportu satanlar müəyyən edildi
Daxil olmuş məlumat və aparılan yoxlamalar nəticəsində pul müqabilində bəzi vətəndaşların saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayon sakini Sadiq Şərbətovun vətəndaşlara vaksin vurulmadan saxta COVİD-19 pasportu təşkil etməsi barədə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun 3 nəfərə saxta COVİD-19 pasportu satışını təşkil etməsi müəyyən edilib.
S.Şərbətov həmin 3 nəfərin birinci doza peyvənd vurulmasının qeyd olunmasından ötrü şəxsiyyət vəsiqələrini və hər biri üçün 100 manat pulu Lerik rayon sakini Mahir Əliyevə göndərib. M.Əliyev də öz növbəsində həmin sənədləri və pulu Lerik Rayon Mərkəzi Xəstəxanasının Daster kənd həkim məntəqəsinin feldşeri Anar Məstəliyevə göndərərək COVİD-19 pasportlarının hazırlanmasını təşkil edib.
M.Əliyevin mobil telefonuna baxış keçirilən zaman respublikanın müxtəlif şəhər və rayon sakinlərinin şəxsiyyət vəsiqələrinin şəkillərini Vatsap ani mesajlaşma proqramı vasitəsilə qəbul etməsi və onlar üçün hazırlanmış saxta COVİD-19 pasportlarının fotoşəkillərinin geri göndərilməsi müəyyən edilib.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Müəllif: Axar.az
Tarix: 21 Sentyabr 14:07
Şərhlər
Digər xəbərlər
İdmançılara Yaponiyanın fəxri ordeni təqdim edildi
Toplum
21:24
Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
Toplum
21:04
Texniki baxış məntəqələrində yenilik edildi - Video
Toplum
20:18
Aqil Abbas: Efirdə "Xalam oğlu məni zorladı" deyir...
Toplum
19:31
800-ə yaxın yaşayış məntəqəsində qaz yoxdur
Toplum
19:13
Daha bir məktəb koronaya görə bağlandı
Toplum
19:04
Əsgərimiz düşməni həyəcanlandırdı - Foto
Toplum
18:50
Ərbaş və Şeyx Ağdama səfər etdi
Toplum
18:28
Bu ali məktəbdə daha 5 qrup distant təhsilə keçdi
Toplum
18:10
"Azəriqaz" Siyəzəndə sahibkarları dinlədi
Toplum
18:02
Dilçilik İnstitutuna direktor təyin olundu
Toplum
17:54
Sutkada neçə nəfər peyvənd olunub?
Toplum
17:48
Qəbələdə ətraf mühiti çirkləndirənlər cərimələndi
Toplum
17:42
Ölkəmizdə daha 29 nəfər koronadan öldü
Toplum
17:35
İlham Əliyev Ərdoğanla fotosunu paylaşdı
Toplum
17:31
Smart sayğaclar niyə mexaniki sayğacla əvəzlənir?
Toplum
17:28
Bu yeməkləri çox yeyənlərin ağlı zəifləyir
Toplum
17:21
Qaraqalpaqda Azərbaycan günləri - Video
Toplum
17:08
Hava dəyişir: yağış, qar... – Xəbərdarlıq
Toplum
16:48
Daha bir lisey koronaya görə bağlandı
Toplum
16:29
"Nar" qazi müəllimlər haqqında kitabın çapına dəstək olur
Toplum
16:16
Qazilərin polis şöbəsinə çağırılmasının səbəbi - Rəsmi
Toplum
16:11
Azərbaycan Çex Respublikasını təbrik etdi
Toplum
16:00
Ən yaxşı gəmilər divizionu müəyyənləşdi - Video
Toplum
15:49

Axar.az AZRUENآذ