Bakıda yeni metro stansiyasının tikintisinə başlanıldı - Foto
Bakı metropoliteni QSC-nin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı B-04 olan stansiyanın inşasına başlanılıb.
Axar.az xəbər verir ki, Bənövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında olduğu kimi, burada da tikinti “Qruntda divar” üsulu ilə aparılıb. Bu üsul ekoloji cəhətdən daha təmiz olması ilə yanaşı, məhdud məkanda inşaatın effektiv aparılmasına, habelə qənaətə nail olmağa imkan verir.
Bu üsulun tələblərinə uyğun olaraq, tikinti işlərinə qədər “Divarda qrunt”un monolit dəmir-beton panelləri quraşdırılıb. Ötən dövrdə 1010 və 1021 metr uzunluğunda olan iki tunelin inşası da başa çatdırılıb.
Stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir və üç inşaat zonasından ibarətdir. İnşaatın birinci mərhələsi kimi ərazidə torpaq örtüyü hamarlanıb. Birinci zonada tikinti-quraşdırma işlərinə başlanılıb və örtüyün armatur-karkas elementləri yığılır. Bir hissəsi artıq betonlanıb.
Stansiyanın dərinliyi yerləşdiyi ərazinin relyefindən asılı olaraq 29-32 metrdir. Bu kompleks 4 səviyyədən ibarət olacaq. Yuxarı səviyyədə kassa zalı və vestibül yerləşəcək. İkincisi keçid və yaxud texniki səviyyədir. Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin səviyyəsi olacaq. Platforma səviyyəsində qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalı yerləşəcək. Platforma Bənövşəyi xəttin digər stansiyaları kimi 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Uzunluğu 144 metr olan platformanın altı texniki qurğular üçün nəzərdə tutulub.
Stansiyanın 4 giriş-çıxışı yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Burada da səviyyədən səviyyəyə keçid məqsədilə eskalatorlar quraşdırlacaq və pilləkənlər inşa olunacaq. Xəttin digər stansiyaları kimi burada da əlil arabalarının stansiyaya düşürülməsi üçün liftlər quraşdırılacaq.
Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. B-04 stansiyası isə metropolitenin 28-ci stansiyası olacaq.
Müəllif: Axar.az
Tarix: 21 Sentyabr 14:36
Şərhlər
Digər xəbərlər
Feysbuk şirkəti adını dəyişdirdi
Toplum
23:00
Olimpiya stadionu Türkiyə bayrağı ilə işıqlandırılacaq
Toplum
22:49
Qarabağ qazisi Gürcüstanda birinci oldu
Toplum
22:01
İdmançılara Yaponiyanın fəxri ordeni təqdim edildi
Toplum
21:32
Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
Toplum
21:04
Texniki baxış məntəqələrində yenilik edildi - Video
Toplum
20:18
Aqil Abbas: Efirdə "Xalam oğlu məni zorladı" deyir...
Toplum
19:31
800-ə yaxın yaşayış məntəqəsində qaz yoxdur
Toplum
19:13
Daha bir məktəb koronaya görə bağlandı
Toplum
19:04
Əsgərimiz düşməni həyəcanlandırdı - Foto
Toplum
18:50
Ərbaş və Şeyx Ağdama səfər etdi
Toplum
18:28
Bu ali məktəbdə daha 5 qrup distant təhsilə keçdi
Toplum
18:10
"Azəriqaz" Siyəzəndə sahibkarları dinlədi
Toplum
18:02
Dilçilik İnstitutuna direktor təyin olundu
Toplum
17:54
Sutkada neçə nəfər peyvənd olunub?
Toplum
17:48
Qəbələdə ətraf mühiti çirkləndirənlər cərimələndi
Toplum
17:42
Ölkəmizdə daha 29 nəfər koronadan öldü
Toplum
17:35
İlham Əliyev Ərdoğanla fotosunu paylaşdı
Toplum
17:31
Smart sayğaclar niyə mexaniki sayğacla əvəzlənir?
Toplum
17:28
Bu yeməkləri çox yeyənlərin ağlı zəifləyir
Toplum
17:21
Qaraqalpaqda Azərbaycan günləri - Video
Toplum
17:08
Hava dəyişir: yağış, qar... – Xəbərdarlıq
Toplum
16:48
Daha bir lisey koronaya görə bağlandı
Toplum
16:29
"Nar" qazi müəllimlər haqqında kitabın çapına dəstək olur
Toplum
16:16

Axar.az AZRUENآذ