AXC-nin elan edildiyi bina bərpa olunur - Foto
Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi binada bərpa-restavrasiya işləri intensiv şəkildə aparılır.
Axar.az xəbər verir ki, hazırkı Milli Gənclər Sarayının binasının bərpası layihəsini Tiflis İnkişaf Fondu “Yeni Tiflis” proqramı çərçivəsində həyata keçirir.
Qurumdan bildirilib ki, hazırkı mərhələdə tarixi binanın dam örtüyü bərpa olunur, fasadın rənglənməsi, daxili kommunikasiyalar, su təchizatı və kanalizasiya sistemlərinin qurulması işləri aparılır. Həmçinin tikilinin interyerində dekorativ naxışlar və taxta qapı-pəncərələr də restavrasiya edilir.
Qeyd edək ki, layihənin dəyəri 33,7 milyon lari (10,8 milyon ABŞ dolları) təşkil edir və işlərin 2023-cü ilin sonunda tam başa çatdırılacağı gözlənilir.
Mədəni irs nümunəsi olan tikilinin güzgülü zalında 1918-ci il mayın 28-də AXC-nin müstəqillik bəyannaməsi oxunaraq Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Həmin zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib. Restavrasiya işləri çərçivəsində lövhənin də yenilənməsi nəzərdə tutulub.
Müəllif: Axar.az
Tarix: 21 Sentyabr 17:55
Şərhlər
Digər xəbərlər
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - Video
Toplum
11:18
Türkiyədəki komandolarımız evə buraxıldı
Toplum
10:30
Bakının bu ərazilərində su olmayacaq
Toplum
10:10
Rusiyalı nazir 11 yaşlı azərbaycanlını təltif etdi - Foto
Toplum
01:04
Bolqarıstan televiziyasında Azərbaycan mətbəxi - Video
Toplum
16 Oktyabr 22:28
"Azəriqaz" rəhbəri qiymətlərin bahalaşma səbəblərini açıqladı
Toplum
16 Oktyabr 19:03
Nazirlik Su Nəqliyyatında Polis İdarəsi ilə reyd keçirdi
Toplum
16 Oktyabr 18:34
Qarabağda su təchizatı ilə bağlı layihələr hazırlanır
Toplum
16 Oktyabr 18:25
Milli Məclisdə ukraynalı deputatlarla görüş oldu
Toplum
16 Oktyabr 18:15
Cəbrayılda dostluq meşəsi salınır
Toplum
16 Oktyabr 17:45
Son sutkada nə qədər insan peyvənd olunub?
Toplum
16 Oktyabr 17:11
Çörək sexində nöqsanlar aşkarlandı
Toplum
16 Oktyabr 17:00
Koronaya yoluxanların sayı açıqlandı
Toplum
16 Oktyabr 16:36
İşıq tariflərinin dəyişdirilməsi bu səbəblərdən qaynaqlanır
Toplum
16 Oktyabr 16:21
FHN qüvvələri tərəfindən 5 nəfər xilas edildi
Toplum
16 Oktyabr 16:10
Nazirlik pensiya və təqaüdlərlə bağlı məlumat yaydı
Toplum
16 Oktyabr 16:00
Qaz tariflərinin dəyişdirilməsi səbəbləri və təsirləri...
Toplum
16 Oktyabr 15:51
Pensiya ilə bağlı sərəncamın icrasına başlanıldı
Toplum
16 Oktyabr 15:42
Şad xəbər: maaş, pensiya, müavinət və təqaüdlər artırılır
Toplum
16 Oktyabr 15:11
Prezident mədəniyyət xadimlərini təltif etdi - 2 sərəncam
Toplum
16 Oktyabr 14:10
Mingəçevirdə ayaqyolu qazarkən insan skletləri tapıldı
Toplum
16 Oktyabr 13:42
Başçı xanımı bu rüsvayçı çıxışına görə işdən çıxarıldı - Video
Toplum
16 Oktyabr 13:33
Bakıda 1-ci sinif şagirdi koronavirusdan öldü
Toplum
16 Oktyabr 13:23
AZAL: Füzuli Hava Limanı beynəlxalq uçuşlar üçün açıqdır
Toplum
16 Oktyabr 13:20

Axar.az AZRUENآذ