"Dəmir Yumruq" abidəsinin açılışı oldu - Foto
“İçərişəhər” Muzey Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun muzeylər kompleksi ərazisində Vətən müharibəsinin birinci ildönümü münasibətilə “Dəmir yumruq” abidəsinin açılış mərasimi keçirilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Axar.az-a verilən məlumata görə, Vətən müharibəsində əldə olunmuş qələbəyə, möhtəşəm zəfər tariximizə həsr olunan və Qarabağda gedən hərbi əməliyyatların simvoluna çevrilən “Dəmir yumruq” abidəsinin müəllifi həvəskar heykəltəraş, Vətən müharibəsi iştirakçısı Elvin Manafovdur.
E.Manafov “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunması uğrunda” medalları ilə təltif olunub. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak edib, aparılan döyüş əməliyyatlarının uğurlu nəticəsindən ruhlanaraq, böyük Zəfərdən ilham alaraq “Dəmir yumruq” abidəsini hazırlayıb. Xromla üzlənmiş dəmirdən hazırlanmış abidənin alt hissəsində “Qarabağ Azərbaycandır!” şüarı yazılıb və Ordumuzun zəfər simvolu – olan Xarıbülbül həkk edilib.
Azərbaycan Ordusunun apardığı uğurlu döyüş əməliyyatlarının simvoluna çevrilmiş “Dəmir yumruq” abidəsi, əsrlər boyu xalqımızın işğalçılara qarşı necə mübariz olduğunu təsdiq edən bir nümunədir. "Dəmir yumruq" həm də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının və müzəffər Ordunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında birliyin, möhkəmliyin ümumxalq devizinə çevrilib.
Belə bir abidənin məhz Qala Qoruğu ərazisində ucaldılması muzeyə gələn ziyarətçilərdə, xüsusilə gənc nəsildə tariximizin öyrənilməsində və vətənpərvərlik ruhunun aşılanmasında xüsusi əhəmiyyət daşıyır.
Müəllif: Axar.az
Tarix: 21 Sentyabr 19:32
Şərhlər
Digər xəbərlər
Gənclərin Feysbuka marağı azalır
Toplum
18:53
Zakir Həsənov: Türkiyə modelinin tətbiq edilməsi...
Toplum
18:45
DİN-dən maşınlardan bayraqların sökülməsinə - Reaksiya
Toplum
18:36
Xəzərdə üzən gəmilərə xəbərdarlıq göndərildi
Toplum
18:28
FHN-dən hava şəraiti ilə bağlı xəbərdarlıq
Toplum
18:19
Eldar Həsənovun qudası məhkəmədə ifadə verdi
Toplum
18:02
“Gənc prodüserlər üçün laboratoriya” fəaliyyətə başladı
Toplum
17:55
“Anadolu” Füzuli aeroportundan yazdı - Foto
Toplum
17:50
30-a yaxın sürücü və sərnişin cərimələndi - Video
Toplum
17:44
Qarabağda daha 47 mina aşkarlandı
Toplum
17:14
Gəncədə 36 yaşlı qadın itkin düşdü
Toplum
17:08
Peyvənd olunanların sayı açıqlandı
Toplum
16:46
AQTA-dan sahibkarlara xəbərdarlıq
Toplum
16:40
Bu körpüdən keçənlər 50 qəpik ödəyir - Foto
Toplum
16:23
"Azercell"dən yeni Wi-Fi kampaniyası!
Toplum
16:06
Səfirimiz etimadnaməsini Rəisiyə təqdim etdi
Toplum
16:01
Prezidentdən Qubadlı ilə bağlı sərəncam
Toplum
15:58
İlham Əliyev Özbəkistan prezidentini təbrik etdi
Toplum
15:52
Zakir Həsənov NATO generalı ilə görüşdü
Toplum
15:44
Narkotik satan daha 15 nəfər saxlanıldı - Video
Toplum
15:26
“İmmunitet sertifikatı”nın bu sertifikatla əvəzlənməsi...
Toplum
15:20
Azərbaycanda ginekoloqa elektron qolbaq taxıldı
Toplum
15:14
Əliyevadan daha bir paylaşım - Foto
Toplum
15:08
Teleradioya baş direktor təyin edildi
Toplum
15:03

Axar.az AZRUENآذ