Saxta korona pasportu alanlar məsuliyyətə cəlb ediləcək?
Saxta COVID-19 pasportu satanla yanaşı, o sənədi alan və istifadə edən şəxs də cinayət məsuliyyəti daşıyır. Vətəndaşın bu sənədi almaq üçün verdiyi rüşvət maddəyə tövsif edilə bilər. Bu, istintaq hərəkətləri ilə əlaqəli məsələdir.
Axar.az xəbər verir ki, bunu ARB-24-ün “Gündəm” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, saxta sənəd hazırlamaq və istifadə etmək məsuliyyət yaradır:
“Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının digər sənədlərini satma 3 min manatdan 6 min manatadək cərimə və iki ilədək müddətdə islah işləri və ya iki ilədək müddətdə azadlıqdan mərhum etmə cəzası ilə cəzalandırılır. Bu məcəllənin göstərilən digər normasında vurğulanır ki, bu saxta sənədləri bilə-bilə istifadə etmək daha ağır cəzadır. Saxta COVID-19 pasportu alan vətəndaş bilir ki, onun bu sənədi saxtadır. Burada artıq ehtiyatsızlıq yox, qəsd var. Şüurlu şəkildə müəyyən vəsait ödəməklə alırlar və onların bu əməli qiymətləndirilib daha ağır formada cəzalandırıla bilər. Bu tədbirlərin geniş miqyasda davam etdirilməsi, vətəndaşlardan bu barədə daxil olan siqnalların yoxlanılması daxili işlər orqanları ilə birlikdə Baş Prokurorluq tərəfindən davam etdirilir. Bu əməlləri törədən şəxslərin hər biri barəsində Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qətimkan tədbirləri seçilir”.
E.Hacıyev onu da qeyd edib ki, saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin digər, yəni 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.
Müəllif: Axar.az
Tarix: 22 Sentyabr 15:00
Şərhlər
Digər xəbərlər
Rusiyalı nazir 11 yaşlı azərbaycanlını təltif etdi - Foto
Toplum
01:04
Bolqarıstan televiziyasında Azərbaycan mətbəxi - Video
Toplum
16 Oktyabr 22:28
"Azəriqaz" rəhbəri qiymətlərin bahalaşma səbəblərini açıqladı
Toplum
16 Oktyabr 19:03
Nazirlik Su Nəqliyyatında Polis İdarəsi ilə reyd keçirdi
Toplum
16 Oktyabr 18:34
Qarabağda su təchizatı ilə bağlı layihələr hazırlanır
Toplum
16 Oktyabr 18:25
Milli Məclisdə ukraynalı deputatlarla görüş oldu
Toplum
16 Oktyabr 18:15
Cəbrayılda dostluq meşəsi salınır
Toplum
16 Oktyabr 17:45
Son sutkada nə qədər insan peyvənd olunub?
Toplum
16 Oktyabr 17:11
Çörək sexində nöqsanlar aşkarlandı
Toplum
16 Oktyabr 17:00
Koronaya yoluxanların sayı açıqlandı
Toplum
16 Oktyabr 16:36
İşıq tariflərinin dəyişdirilməsi bu səbəblərdən qaynaqlanır
Toplum
16 Oktyabr 16:21
FHN qüvvələri tərəfindən 5 nəfər xilas edildi
Toplum
16 Oktyabr 16:10
Nazirlik pensiya və təqaüdlərlə bağlı məlumat yaydı
Toplum
16 Oktyabr 16:00
Qaz tariflərinin dəyişdirilməsi səbəbləri və təsirləri...
Toplum
16 Oktyabr 15:51
Pensiya ilə bağlı sərəncamın icrasına başlanıldı
Toplum
16 Oktyabr 15:42
Şad xəbər: maaş, pensiya, müavinət və təqaüdlər artırılır
Toplum
16 Oktyabr 15:11
Prezident mədəniyyət xadimlərini təltif etdi - 2 sərəncam
Toplum
16 Oktyabr 14:10
Mingəçevirdə ayaqyolu qazarkən insan skletləri tapıldı
Toplum
16 Oktyabr 13:42
Başçı xanımı bu rüsvayçı çıxışına görə işdən çıxarıldı - Video
Toplum
16 Oktyabr 13:33
Bakıda 1-ci sinif şagirdi koronavirusdan öldü
Toplum
16 Oktyabr 13:23
AZAL: Füzuli Hava Limanı beynəlxalq uçuşlar üçün açıqdır
Toplum
16 Oktyabr 13:20
Əli Əsədov iclas keçirdi: 4 şirkətin fəaliyyəti... - Foto
Toplum
16 Oktyabr 13:03
Ordumuz döyüş atışları həyata keçirdi
Toplum
16 Oktyabr 12:55
Pasportu olmayanlar toya gəldi, ev sahibi cərimələndi
Toplum
16 Oktyabr 12:48

Axar.az AZRUENآذ