AZAL: Füzuli Hava Limanı beynəlxalq uçuşlar üçün açıqdır
Füzuli Hava Limanına beynəlxalq status verilib, bu barədə müvafiq qərar Azərbaycanın Baş naziri Əli Əsədov tərəfindən imzalanıb. Beləliklə, Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır və Qarabağın turizm potensialının inkişafına töhfə verəcək.
Bu barədə Axar.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, beynəlxalq statusun verilməsi haqqında qərar Füzulidə yerləşən hava limanında bütün tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qəbul edilib.
Bundan əlavə, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu fərdi kod hava limanının yerləşdiyi şəhərin adı - Füzuli ilə bağlıdır. Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər, biletləri beynəlxalq təxsisetmə sistemləri və s. tərəfindən istifadə olunur.
Daha əvvəl Füzuli Hava Limanına Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən UBBF kodunun verilməsi təsdiq edilib. Füzuli Hava Limanı ən yüksək beynəlxalq standart və normalara uyğun tikilib, istənilən növ təyyarəni qəbul etmək imkanına malikdir. Füzuliyə ilk sınaq uçuşu sentyabrın 5-də həyata keçirilib və AZAL-ın ən böyük sərnişin təyyarəsi - "Airbus A340-500" burada eniş icra edib.
Hava limanında ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki, əsas və ikinci dərəcəli radiolokasiya sistemi ilə tam təchiz edilmiş 3 000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib. Perronun sahəsi 60 min kvadratmetrdir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulub. Avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş hava hərəkətini idarəetmə qülləsinin inşası başa çatıb. Bu, Füzuli Hava Limanına ICAO və IATA standartlarına uyğun uçuşların başlanmasına imkan yaradacaq. Eyni zamanda, dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam etdirilir.
Füzuli Hava Limanından əlavə, hazırda Azərbaycanda altı beynəlxalq hava limanı tikilərək fəaliyyət göstərir – Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU). Sadalanan hava limanlarından başqa, Azərbaycanda Yevlax Hava Limanı və Abşeronun Zabrat qəsəbəsində yerləşən "ASG Helicopter Services" (ZXT) helikopter aviaşirkətinin bazası aviasiya xidmətləri göstərir.
Müəllif: Axar.az
Tarix: 16 Oktyabr 13:20
Şərhlər
Digər xəbərlər
Yeni Quba-Qonaqkənd yolu - Fotolar
Toplum
00:55
Sakinlər DAD-dan dad edirlər... - Video
Toplum
00:45
Zabit: Özümü ağaca bağladım, əsgərlər üstümdən keçdi - Video
Toplum
6 Dekabr 23:59
Azərbaycan Afrika ölkələrinə vaksin göndərdi
Toplum
6 Dekabr 22:41
Paşayeva şəhidimizin anası ilə görüşdü
Toplum
6 Dekabr 21:47
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılır
Toplum
6 Dekabr 21:41
FHN-dən minatəmizləmə əməliyyatı ilə bağlı açıqlama
Toplum
6 Dekabr 21:07
Prezident və xanımı Qubada - Foto
Toplum
6 Dekabr 20:19
Daha bir korona xəstəsi ictimai yerdə aşkarlandı
Toplum
6 Dekabr 19:05
"İdeal"ın keçmiş sahibindən məhkəməyə - Etiraz
Toplum
6 Dekabr 18:35
Təbiətə vurulan zərər açıqlandı - Nazirlik
Toplum
6 Dekabr 18:22
Ölkədə sutka ərzində 3 nəfərə buster doza vuruldu
Toplum
6 Dekabr 17:57
Mağazada istehlaka yararsız məhsullar tapıldı
Toplum
6 Dekabr 17:51
Yeni il yarmarkalarında qiymətlər necədir?
Toplum
6 Dekabr 17:45
Koronaya yoluxanların sayı kəskin azaldı
Toplum
6 Dekabr 17:39
Eldar Həsənovun növbəti məhkəmə iclası keçirildi
Toplum
6 Dekabr 17:38
Bu hərbçilərin buraxılış mərasimi keçirildi - Video
Toplum
6 Dekabr 17:32
Neft Fondu 15 milyondan çox maaş ödəyəcək
Toplum
6 Dekabr 17:26
Qaxda ağır qəza: "Toyota" kanala aşdı - Foto
Toplum
6 Dekabr 17:19
Ruslan Əliyev Vətən müharibəsi iştirakçısı ilə görüşdü
Toplum
6 Dekabr 17:13
Evlərdən 13 minlik oğurluq edən şəxslər saxlanıldı
Toplum
6 Dekabr 17:07
Əli Əsədov qərar imzaladı
Toplum
6 Dekabr 16:50
“Bazarstor”un idxal etdiyi bibərlərdə virus aşkarlandı
Toplum
6 Dekabr 16:18
ABŞ əsgərləri Türkiyə ilə sərhəddə belə göründü
Toplum
6 Dekabr 15:51

Axar.az AZRUENآذ