Nazirlik pensiya və təqaüdlərlə bağlı məlumat yaydı
Bu gün Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir.
Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.
Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır. Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb.
Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
"Qısa müddət ərzində bu təkliflər yekunlaşdırılaraq büdcə layihəsinə daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Sosial ödənişlərdə növbəti artımlar edilməsini nəzərdə tutan bu sərəncam vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin Prezident İlham Əliyevin siyasətində başlıca istiqamət olduğunu bir daha təzahür etdirir.
Bu sahədə islahatlar xüsusilə son illərdə inqilabi xarakter alıb. Sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əmək haqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub. 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyişdir.
Ümumilikdə son üç ildə ölkəmizdə fərman, sərəncam, qanun və s. ibarət olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub və sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb.
“Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” yeni Sərəncam ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin edir və ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək", - nazirlikdən qeyd olunub.
Müəllif: Axar.az
Tarix: 16 Oktyabr 16:00
Şərhlər
Digər xəbərlər
Yeni Quba-Qonaqkənd yolu - Fotolar
Toplum
00:55
Sakinlər DAD-dan dad edirlər... - Video
Toplum
00:45
Zabit: Özümü ağaca bağladım, əsgərlər üstümdən keçdi - Video
Toplum
6 Dekabr 23:59
Azərbaycan Afrika ölkələrinə vaksin göndərdi
Toplum
6 Dekabr 22:41
Paşayeva şəhidimizin anası ilə görüşdü
Toplum
6 Dekabr 21:47
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılır
Toplum
6 Dekabr 21:41
FHN-dən minatəmizləmə əməliyyatı ilə bağlı açıqlama
Toplum
6 Dekabr 21:07
Prezident və xanımı Qubada - Foto
Toplum
6 Dekabr 20:19
Daha bir korona xəstəsi ictimai yerdə aşkarlandı
Toplum
6 Dekabr 19:05
"İdeal"ın keçmiş sahibindən məhkəməyə - Etiraz
Toplum
6 Dekabr 18:35
Təbiətə vurulan zərər açıqlandı - Nazirlik
Toplum
6 Dekabr 18:22
Ölkədə sutka ərzində 3 nəfərə buster doza vuruldu
Toplum
6 Dekabr 17:57
Mağazada istehlaka yararsız məhsullar tapıldı
Toplum
6 Dekabr 17:51
Yeni il yarmarkalarında qiymətlər necədir?
Toplum
6 Dekabr 17:45
Koronaya yoluxanların sayı kəskin azaldı
Toplum
6 Dekabr 17:39
Eldar Həsənovun növbəti məhkəmə iclası keçirildi
Toplum
6 Dekabr 17:38
Bu hərbçilərin buraxılış mərasimi keçirildi - Video
Toplum
6 Dekabr 17:32
Neft Fondu 15 milyondan çox maaş ödəyəcək
Toplum
6 Dekabr 17:26
Qaxda ağır qəza: "Toyota" kanala aşdı - Foto
Toplum
6 Dekabr 17:19
Ruslan Əliyev Vətən müharibəsi iştirakçısı ilə görüşdü
Toplum
6 Dekabr 17:13
Evlərdən 13 minlik oğurluq edən şəxslər saxlanıldı
Toplum
6 Dekabr 17:07
Əli Əsədov qərar imzaladı
Toplum
6 Dekabr 16:50
“Bazarstor”un idxal etdiyi bibərlərdə virus aşkarlandı
Toplum
6 Dekabr 16:18
ABŞ əsgərləri Türkiyə ilə sərhəddə belə göründü
Toplum
6 Dekabr 15:51

Axar.az AZRUENآذ