İşıq tariflərinin dəyişdirilməsi bu səbəblərdən qaynaqlanır
Tarif (qiymət) Şurasının bugünkü iclasında elektrik enerjisinin tarif tənzimlənməsinə dair qərarına əsasən, əhali kateqoriyası üzrə mövcud olan tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək yeni differensasiya tətbiq edilir.
Axar.az qərara istinadən xəbər verir ki, əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilib.
Bundan başqa, qeyri-əhali üzrə büdcə təşkilatları, ticarət, xidmət sahələri və sənaye üzrə elektrik enerjisinin qiyməti 9 qəpik/kVts-dan 10 qəpik/kVts-a artırılır. Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 1 kilovat/saat (kVts) üçün 6,6 qəpik səviyyəsində müəyyənləşdirilir, gecə-gündüz tarifi yalnız almüminium sənayesinə tətbiq olunmaqla ortalama tarif 4,55 qəpik/kVts-dan 5 qəpik/kVts-a artırılır.
Bu vaxta qədər gecə-gündüz tarifi tətbiq olunan kimya sənayesi qeyri-əhali istehlakçı qrupuna aid edilir.
Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə elektrik enerjisi müqavilə qiyməti ilə verilir.
Tarif dəyişikliyinin əhaliyə və iqtisadiyyata təsirləri:
- Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Yeni differensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur;
- İstehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kVts və orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınaraq güzəştli tariflər aylıq istehlakın 200 kVts-na tətbiq ediləcək. Bu kateqoriya əhali abonentlərin 63%-ni təşkil edir;
- Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır;
- Elektrik enerjisi üzrə mövcud tariflər 2016-cı il dekabrın 1-dən tətbiq olunur. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və digər abonentlərin keyfiyyətli, fasiləsiz enerji ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün enerjinin tarif tənzimlənməsi qaçılmaz addımdır. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50%-dən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndirir. Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 6,6 qəpik müəyyənləşdirilib;
- 2021-ci ilin əvvəlindən etibarən sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi, habelə pandemiya ilə mübarizə çərçivəsində hökumət tərəfindən iqtisadi təşviq paketlərinin həyata keçirilməsi, iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanmasına səbəb olub. Bu baxımdan elektrik enerjisinə tələbat artıb;
- Qeyri-əhali istehlakçı qrupları üzrə tarif 1 qəpik artırılaraq 10 qəpik təsdiq edilib. Bu iqtisadiyyatın ayrı-ayrı sektorlarında müəyyən əlavə xərclərin yaranmasına səbəb ola bilər. Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər nəzarətdə saxlanacaqdır.
Müəllif: Axar.az
Tarix: 16 Oktyabr 16:21
Şərhlər
Digər xəbərlər
Leyla Əliyeva “Soyuq əllər, isti ürək”də - Foto
Toplum
01:15
Osmanqızı: Kaş, prezidentimiz Paşinyan olaydı - Video
Toplum
01:06
Deputat Saleh Rüstəmli ilə bağlı Prezidentə müraciət etdi
Toplum
7 Dekabr 22:04
Bakı limanı "ağıllı" limana çevriləcək
Toplum
7 Dekabr 21:37
Baş nazirdən Şuşa ilə bağlı qərar
Toplum
7 Dekabr 20:25
Martirosyanı kim öldürüb? - MN-dən açıqlama
Toplum
7 Dekabr 19:49
MN-də illik toplantı keçirildi
Toplum
7 Dekabr 18:52
Şuşaya yeni sürət yolu çəkilir
Toplum
7 Dekabr 18:33
“Təndir-Məndir” restoranı cərimələndi
Toplum
7 Dekabr 17:52
Bakıda fişəng satan şəxslər saxlanıldı - Video
Toplum
7 Dekabr 17:39
Azərbaycan-İran sərhədində atışma: ölən var
Toplum
7 Dekabr 17:33
FHN vətəndaşlara müraciət etdi
Toplum
7 Dekabr 17:23
Dövlət büdcəsi buna görə milyonlar itirir - Ekspert
Toplum
7 Dekabr 17:03
Vəzifəli şəxslər bu halda 2000 manat cərimə olunacaq
Toplum
7 Dekabr 16:57
Peyvənd olunanların sayı açıqlandı
Toplum
7 Dekabr 16:51
Ölkəmizdə daha 21 nəfər koronadan öldü
Toplum
7 Dekabr 16:33
Qəbələdə toy sahibi cərimələndi
Toplum
7 Dekabr 16:23
Bu şəxslərə təqaüd veriləcək
Toplum
7 Dekabr 16:18
Səhərlər Zabrat yolu niyə bağlanır? - Açıqlama
Toplum
7 Dekabr 16:12
Prezidentin vəzifə verdiyi Adıgözəlov kimdir?
Toplum
7 Dekabr 16:05
Prokuror Vüqar Səfərliyə 11 il həbs cəzası istədi
Toplum
7 Dekabr 16:01
Prezident Fərhad Adıgözəlovu sədr təyin etdi
Toplum
7 Dekabr 15:56
Gorus-Qafan yolundakı gömrük postunda milyonlar toplanır
Toplum
7 Dekabr 15:52
Bakıda polis əməliyyatlar keçirdi: 45 nəfər saxlanıldı
Toplum
7 Dekabr 15:48

Axar.az AZRUENآذ