Milli Məclisdə ukraynalı deputatlarla görüş oldu
Oktyabrın 16-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Əli Hüseynli Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi ərəfəsində Ukrayna nümayəndə heyətinin ölkəmizə səfərindən məmnunluğunu bildirib.
Diqqətə çatdırıb ki, ötən il Azərbaycan Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ermənistanın ərazilərimizi 30 il davam edən işğalına son qoyub, ərazi bütövlüyünü təmin edib. O, ukraynalı qonaqlara münaqişənin artıq tarixə qovuşduğunu bildirib, azad edilmiş ərazilərdə işğalın ağır nəticələrinin aradan qaldırılması üçün görülən işlərdən bəhs edib. Əli Hüseynli 44 günlük müharibənin ilk günündən Ukrayna dövləti və xalqının Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək dəyərləndirib.
Birinci vitse-spiker parlamentlərdəki qarşılıqlı dostluq qruplarının əlaqələrimizin daha da inkişafına verəcəyi töhfələrdən, qanunverici orqanların beynəlxalq qurumlar çərçivəsindəki əməkdaşlığının möhkəmləndirilməsindən danışıb. Əli Hüseynli Azərbaycan və Ukrayna münasibətlərinin bundan sonra daha da dərinləşəcəyinə inamını ifadə edib.
Tədbirdə Ali Radanın Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədrləri Valeri Kolyux və Vladimir Kreydenko, qrupun üzvləri Lyudmila Marçenko, Maryan Zablotski, Ukraynadakı “Həmrəy Azərbaycanlılar Diasporu”nun rəhbəri Hikmət Cavadov çıxış ediblər. Onlar əlaqələrimizin dərinləşməsində dövlət başçılarının rolunu qeyd ediblər. Qonaqlar Azərbaycanın Zəfərini ədalətin qələbəsi kimi dəyərləndiriblər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqın bir yumruq kimi birləşməsini 44 günlük Vətən Müharibəsində qələbənin əldə olunmasında mühüm amil adlandırıblar.
Ali Radanın deputatları işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Azərbaycana uğurlar arzulayıblar və bütün məcburi köçkünlərin tezliklə doğma torpaqlara qayıdacağı, ermənilər tərəfindən viran edilmiş ərazilərdə həyatın yenidən qaynayacağı günlərin yaxında olduğuna inamlarını ifadə ediblər.
Söhbət zamanı Ukrayna parlamentində Xocalı soyqırımına dair qərarın qəbul edilməsi məsələsi qaldırılıb, birgə əməkdaşlığın müxtəlif aspektləri, gələcək perspektivləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, deputat Anar Məmmədov, Ali Radanın Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
Müəllif: Axar.az
Tarix: 16 Oktyabr 18:15
Şərhlər
Digər xəbərlər
Yeni Quba-Qonaqkənd yolu - Fotolar
Toplum
00:55
Sakinlər DAD-dan dad edirlər... - Video
Toplum
00:45
Zabit: Özümü ağaca bağladım, əsgərlər üstümdən keçdi - Video
Toplum
6 Dekabr 23:59
Azərbaycan Afrika ölkələrinə vaksin göndərdi
Toplum
6 Dekabr 22:41
Paşayeva şəhidimizin anası ilə görüşdü
Toplum
6 Dekabr 21:47
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılır
Toplum
6 Dekabr 21:41
FHN-dən minatəmizləmə əməliyyatı ilə bağlı açıqlama
Toplum
6 Dekabr 21:07
Prezident və xanımı Qubada - Foto
Toplum
6 Dekabr 20:19
Daha bir korona xəstəsi ictimai yerdə aşkarlandı
Toplum
6 Dekabr 19:05
"İdeal"ın keçmiş sahibindən məhkəməyə - Etiraz
Toplum
6 Dekabr 18:35
Təbiətə vurulan zərər açıqlandı - Nazirlik
Toplum
6 Dekabr 18:22
Ölkədə sutka ərzində 3 nəfərə buster doza vuruldu
Toplum
6 Dekabr 17:57
Mağazada istehlaka yararsız məhsullar tapıldı
Toplum
6 Dekabr 17:51
Yeni il yarmarkalarında qiymətlər necədir?
Toplum
6 Dekabr 17:45
Koronaya yoluxanların sayı kəskin azaldı
Toplum
6 Dekabr 17:39
Eldar Həsənovun növbəti məhkəmə iclası keçirildi
Toplum
6 Dekabr 17:38
Bu hərbçilərin buraxılış mərasimi keçirildi - Video
Toplum
6 Dekabr 17:32
Neft Fondu 15 milyondan çox maaş ödəyəcək
Toplum
6 Dekabr 17:26
Qaxda ağır qəza: "Toyota" kanala aşdı - Foto
Toplum
6 Dekabr 17:19
Ruslan Əliyev Vətən müharibəsi iştirakçısı ilə görüşdü
Toplum
6 Dekabr 17:13
Evlərdən 13 minlik oğurluq edən şəxslər saxlanıldı
Toplum
6 Dekabr 17:07
Əli Əsədov qərar imzaladı
Toplum
6 Dekabr 16:50
“Bazarstor”un idxal etdiyi bibərlərdə virus aşkarlandı
Toplum
6 Dekabr 16:18
ABŞ əsgərləri Türkiyə ilə sərhəddə belə göründü
Toplum
6 Dekabr 15:51

Axar.az AZRUENآذ