Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri
Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələrini elan edib.
DİM-dən Axar.az-a verilən məlumata görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Boş qalan 16 plan yeri üzrə 47 namizəd müsabiqədə iştirak edib. Onlardan 16 nəfəri rezidenturaya qəbul olub.
Rezidenturaya qəbul olunanlar tələb olunan sənədləri 21 oktyabr 2021-ci il tarixində saat 10:00-dan 13:00-dək müvafiq qurumların (Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinin, Tibb Universitetinə və digər klinik bazalara olmuş şəxslər Səhiyyə Nazirliyinin) müəyyən etdiyi müəssisələrdə yaradılmış işçi qrupa təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Daha ətraflı məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər qeydiyyatın aparılma qaydaları haqqında məlumatla Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında tanış ola biləcəklər.
Müəllif: Axar.az
Tarix: 19 Oktyabr 17:41
Şərhlər
Digər xəbərlər
“Bakı Qida Hakatonu” keçirildi
Toplum
28 Noyabr 21:04
Azərbaycanda neçə nəfər peyvənd olunub?
Toplum
28 Noyabr 16:48
Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı
Toplum
28 Noyabr 16:39
Qazaxda 41 yaşlı qadın bıçaqlandı
Toplum
28 Noyabr 14:50
Füzulidə iki hərbçimiz minaya düşdü
Toplum
28 Noyabr 14:23
Saatlıda karantin qaydalarını pozanlar cərimələndi
Toplum
28 Noyabr 13:59
Sabahın hava proqnozu açıqlandı
Toplum
28 Noyabr 11:57
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - Video
Toplum
28 Noyabr 11:11
DİN-də işə düzəlmək istəyənlərin nəzərinə
Toplum
27 Noyabr 18:51
Karantini pozan kafe sahibi cərimələndi
Toplum
27 Noyabr 17:56
Şirvanda sürücü polisə müqavimət göstərdi
Toplum
27 Noyabr 17:47
Polis Bakıda 311 restoranı yoxladı - Video
Toplum
27 Noyabr 17:16
Son sutkada 33 mindən çox insan peyvənd olundu
Toplum
27 Noyabr 17:07
DTX rəisi Cüzeppe Zafarana ilə görüşdü
Toplum
27 Noyabr 16:47
Koronaya yoluxanların sayı açıqlandı
Toplum
27 Noyabr 16:35
Gömrükdə 5 min siqaret müsadirə edildi
Toplum
27 Noyabr 16:20
Qadın vətəndaşların 90 min manatını mənimsədi
Toplum
27 Noyabr 15:14
Kürdəmirdə mikroavtobus aşdı: yaralananlar var
Toplum
27 Noyabr 14:49
Sumqayıtda qardaş qardaşın evindən oğurluq etdi
Toplum
27 Noyabr 14:20
Füzulinin Qoçəhmədli kəndi - Video
Toplum
27 Noyabr 13:33
Bakının bəzi küçələri bağlandı - Rəsmi
Toplum
27 Noyabr 13:16
Bu yük maşınlarının Bakıya girişinə məhdudiyyət qoyulur
Toplum
27 Noyabr 13:12
Bir ay öncə toyu olan gənc qəzada dünyasını dəyişdi
Toplum
27 Noyabr 12:49
Bakıda sərnişin sürücünün başını partlatdı - Video
Toplum
27 Noyabr 12:35

Axar.az AZRUENآذ