Bakcell "Qızıl" İanə sertifikatı ilə təlitf olundu
Bakcell şirkəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, regionun dayanıqlı iqtisadi inkişafı və rifahına, eyni zamanda ekoloji tarazlığının bərpa olunması istiqamətində aparılan işlərə dəstək verdiyi üçün Qarabağ Dirçəliş Fondu tərəfindən “Qızıl” İanə sertifikatı ilə təltif olunub.
Axar.az xəbər verir ki, “Qızıl” İanə Sertifikatı Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən “Bakcell”in baş icraçı direktoru Rainer Rathgeberə təqdim edilib. Qeyd edək ki, Bakcell şirkəti Qarabağ Dirçəliş Fonduna 1.4 milyon manat məbləğində vəsait köçürüb. Bakcell şirkətinin də daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon AZN təşkil edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Bakcell eyni zamanda işğaldan azad olunmuş ərazilərdə mobil rabitə şəbəkəsinin qurulmasını həyata keçirməklə Qarabağda bərpa işlərinə öz töhfəsini verir. Şirkətin baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənddə quraşdırılıb. Bakcell Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlər aparır.
Bakcell özünün Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində müxtəlif sosial layihə və təşəbbüslərinin həyata keçirilməsini davam etdirəcək.
Müəllif: Axar.az
Tarix: 19 Oktyabr 18:07
Şərhlər
Digər xəbərlər
“Bakı Qida Hakatonu” keçirildi
Toplum
28 Noyabr 21:04
Azərbaycanda neçə nəfər peyvənd olunub?
Toplum
28 Noyabr 16:48
Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı
Toplum
28 Noyabr 16:39
Qazaxda 41 yaşlı qadın bıçaqlandı
Toplum
28 Noyabr 14:50
Füzulidə iki hərbçimiz minaya düşdü
Toplum
28 Noyabr 14:23
Saatlıda karantin qaydalarını pozanlar cərimələndi
Toplum
28 Noyabr 13:59
Sabahın hava proqnozu açıqlandı
Toplum
28 Noyabr 11:57
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - Video
Toplum
28 Noyabr 11:11
DİN-də işə düzəlmək istəyənlərin nəzərinə
Toplum
27 Noyabr 18:51
Karantini pozan kafe sahibi cərimələndi
Toplum
27 Noyabr 17:56
Şirvanda sürücü polisə müqavimət göstərdi
Toplum
27 Noyabr 17:47
Polis Bakıda 311 restoranı yoxladı - Video
Toplum
27 Noyabr 17:16
Son sutkada 33 mindən çox insan peyvənd olundu
Toplum
27 Noyabr 17:07
DTX rəisi Cüzeppe Zafarana ilə görüşdü
Toplum
27 Noyabr 16:47
Koronaya yoluxanların sayı açıqlandı
Toplum
27 Noyabr 16:35
Gömrükdə 5 min siqaret müsadirə edildi
Toplum
27 Noyabr 16:20
Qadın vətəndaşların 90 min manatını mənimsədi
Toplum
27 Noyabr 15:14
Kürdəmirdə mikroavtobus aşdı: yaralananlar var
Toplum
27 Noyabr 14:49
Sumqayıtda qardaş qardaşın evindən oğurluq etdi
Toplum
27 Noyabr 14:20
Füzulinin Qoçəhmədli kəndi - Video
Toplum
27 Noyabr 13:33
Bakının bəzi küçələri bağlandı - Rəsmi
Toplum
27 Noyabr 13:16
Bu yük maşınlarının Bakıya girişinə məhdudiyyət qoyulur
Toplum
27 Noyabr 13:12
Bir ay öncə toyu olan gənc qəzada dünyasını dəyişdi
Toplum
27 Noyabr 12:49
Bakıda sərnişin sürücünün başını partlatdı - Video
Toplum
27 Noyabr 12:35

Axar.az AZRUENآذ