Pərviz Şahbazov Zəngəzur dəhlizindən danışdı
Çin Xalq Respublikasının Çindao şəhərində hibrid formatda 2-ci “Kəmər və Yol Energetika Nazirləri Konfransı” keçirilib. Müxtəlif ölkələrin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirin açılış mərasimində energetika naziri Pərviz Şahbazov onlayn formatda çıxış edib.
Bu barədə Axar.az Energetika Nazirliyinə istinadən xəbər verir.
Nazir Qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın Bakı-Tiflis-Qars dəmiryolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Şimal-Cənub” beynəlxalq nəqliyyat və Transxəzər tranzit dəhlizləri vasitəsilə Çin ilə Avropa arasında “mühüm körpü” rolunu oynadığını qeyd edib. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni Zəngəzur dəhlizi perspektivdə “Kəmər və Yol” layihəsinin strateji əhəmiyyətini daha da artıracaq.
Nazir qlobal əhəmiyyətli enerji xətləri, şaxələndirilmiş enerji resursları və Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu və əlverişli investisiya imkanları ilə Azərbaycanın bu dəhlizdə enerji əməkdaşlığının inkişafında vacib tərəfdaş olduğunu bildirib. “Hazırda iqlim dəyişiklikləri ilə bağlı çağırışlar enerji sektorunu kəskin dəyişikliklərlə üz-üzə qoyub və bu prosesdə çoxtərəfli əməkdaşlıq heç vaxt olmadığı qədər həlledici rol oynayır. Qlobal enerji istehlakının strukturundakı təsirli mövqeyi, dünyada bərpa olunan enerji üzrə ən böyük qoyuluş gücünə malik ölkələrdən biri olması və 2060-cı ilə qədər sıfır karbon emissiyası ilə bağlı hədəfi Çinin təşəbbüsü ilə “Kəmər və Yol”un “yaşıl enerji” üzrə də effektli əməkdaşlıq platformasına çevrilməsinə təminat yaradır”, - deyə nazir qeyd edib.
Nazir, həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi sahəsində ölkəmizdə aparılan islahatlar, həyata keçiriləcək layihələr, işğaldan azad edilmiş ərazilərdə ”yaşıl enerji zonası”nın yaradılması istiqamətində görülən tədbirlərdən bəhs edib. Bərpa olunan enerji layihələri üzrə keçiriləcək hərracların, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru üzrə 157 QVt həcmində külək enerjisi potensialının investorlar, o cümlədən Çin ilə dayanıqlı enerji əməkdaşlığı üçün yeni imkanlar yaradacağını qeyd edib.
Energetika nazirlərinin 2-ci konfransında yaşıl enerji sənaye zəncirinin qurulması, yaşıl enerjiyə keçid sahəsində ölkələr arasında əlaqələndirmənin artırılması, bu istiqamətdə inkişaf proqramlarının işlənməsi, karbon neytrallığı, yaşıl enerji sərmayələri üçün bazar mühitinin yaradılması, enerji keçidinin sürətləndirilməsi, yeni texnologiya və innovasiyaların tətbiqi mövzularında müzakirələr aparılıb.
Müəllif: Axar.az
Tarix: 19 Oktyabr 19:54
Şərhlər
Digər xəbərlər
“Bakı Qida Hakatonu” keçirildi
Toplum
28 Noyabr 21:04
Azərbaycanda neçə nəfər peyvənd olunub?
Toplum
28 Noyabr 16:48
Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı
Toplum
28 Noyabr 16:39
Qazaxda 41 yaşlı qadın bıçaqlandı
Toplum
28 Noyabr 14:50
Füzulidə iki hərbçimiz minaya düşdü
Toplum
28 Noyabr 14:23
Saatlıda karantin qaydalarını pozanlar cərimələndi
Toplum
28 Noyabr 13:59
Sabahın hava proqnozu açıqlandı
Toplum
28 Noyabr 11:57
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - Video
Toplum
28 Noyabr 11:11
DİN-də işə düzəlmək istəyənlərin nəzərinə
Toplum
27 Noyabr 18:51
Karantini pozan kafe sahibi cərimələndi
Toplum
27 Noyabr 17:56
Şirvanda sürücü polisə müqavimət göstərdi
Toplum
27 Noyabr 17:47
Polis Bakıda 311 restoranı yoxladı - Video
Toplum
27 Noyabr 17:16
Son sutkada 33 mindən çox insan peyvənd olundu
Toplum
27 Noyabr 17:07
DTX rəisi Cüzeppe Zafarana ilə görüşdü
Toplum
27 Noyabr 16:47
Koronaya yoluxanların sayı açıqlandı
Toplum
27 Noyabr 16:35
Gömrükdə 5 min siqaret müsadirə edildi
Toplum
27 Noyabr 16:20
Qadın vətəndaşların 90 min manatını mənimsədi
Toplum
27 Noyabr 15:14
Kürdəmirdə mikroavtobus aşdı: yaralananlar var
Toplum
27 Noyabr 14:49
Sumqayıtda qardaş qardaşın evindən oğurluq etdi
Toplum
27 Noyabr 14:20
Füzulinin Qoçəhmədli kəndi - Video
Toplum
27 Noyabr 13:33
Bakının bəzi küçələri bağlandı - Rəsmi
Toplum
27 Noyabr 13:16
Bu yük maşınlarının Bakıya girişinə məhdudiyyət qoyulur
Toplum
27 Noyabr 13:12
Bir ay öncə toyu olan gənc qəzada dünyasını dəyişdi
Toplum
27 Noyabr 12:49
Bakıda sərnişin sürücünün başını partlatdı - Video
Toplum
27 Noyabr 12:35

Axar.az AZRUENآذ