Qaraqalpaqda Azərbaycan günləri - Video
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında 20-23 oktyabr tarixində Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında və Xarəzm vilayətində təşkil olunan “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Qaraqalpaqıstanın inzibati mərkəzi Nukusda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin rəsmi açılış mərasimində çıxış edib.
Axar.az xəbər verir ki, Berdaq adına Dövlət Musiqili Teatrında təşkil edilən mərasimdə yerli rəsmilər, elm, mədəniyyət xadimləri, ali məktəblərin professor-müəllim heyəti və ictimaiyyət nümayəndələri iştirak edib.
Qənirə Paşayeva Qaraqalpaqıstanda ilk dəfə düzənlənən Azərbaycan mədəniyyət və ədəbiyyat günlərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Belə yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə Qaraqalpaqıstana, bütövlükdə Özbəkistan Respublikasına öz təşəkkürünü bildirən Q.Paşayeva qardaş ölkələr arasında mədəniyyət, elm, təhsil sahələrində işbirliyinin, həyata keçirilən mühüm layihələrin məmnuniyyət doğurduğunu söyləyib.
“Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Ötən il bu vaxtlar baş verən müharibə nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur əsgər və zabitlərimiz Qarabağımızı və gözəl Şuşanı erməni əsarətindən xilas etdi. Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtıdır və bu status artıq yalnız mənəvi planda qalmayıb, qanun qüvvəsini alıb, rəsmiləşib. Biz məmnuniyyətlə bildiririk ki, Şuşa 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı olacaq. Şuşanın həmçinin islam dünyasının mədəniyyət paytaxtı olması ilə bağlı da müraciət var. İnşallah, sizlər ölkəmizə, mədəniyyət paytaxtımıza səfər edincə, ortaq adət-ənənələrimizə, sizə doğma mədəni irsimizə biləvasitə şahid və bələd olacaqsınız”, - millət vəkili qeyd edib.
Millət vəkili bildirib ki, Qaraqalpaqıstan yazılı ədəbiyyatının inkişafı, başqa sözlə, şifahi ədəbiyyatdan yazılı ədəbiyyata, peşəkar ədəbi müstəviyə keçməsi XVIII yüzilin ikinci yarısı – XIX yüzilin əvvəllərinə təsadüf edir:
“Məhz bu dövrdə qaraqalpaq ədəbiyyatının aparıcı nümayəndələri Jien Jırau, Günxoca, Hacı Niyaz, Berdaq və başqalarının yaradıcılığı xalq həyatının müxtəlif yönlərini dolğun şəkildə əks etdirməklə meydana çıxıb.
O, bütün yaradıcılığı boyu öz xalqının azadlığı uğrunda mübarizə aparan şəxsiyyət kimi tanınıb.
Biz bilirik ki, qaraqalpaq aşıq-ozan yaradıcılığı, dastan yaradıcılığı biz azərbaycanlıların eyni janr və kateqoriyadakı yaraıcılığı ilə yaxından səsləşir, bir çox hallarda müstəsna yaxınlıq nümayiş etdirir. Bu da xalqlarımızın ortaq keçmişindən xəbər verməkdədir”.
Müəllif: Axar.az
Tarix: 28 Oktyabr 17:08
Şərhlər
Digər xəbərlər
Ağcabədidə dəhşət: Polis və ailə üzvləri yanaraq öldü
Toplum
09:54
Daha 2 korona xəstəsi barədə cinayət işi açıldı
Toplum
09:43
16 yaşlı qız dəm qazından boğularaq öldü
Toplum
09:31
Bakıda 41 küçəyə şəhidlərin adı verildi
Toplum
09:13
Badımcan aparan "Volvo"dan psixotrop maddə aşkarladı
Toplum
1 Dekabr 20:05
AFAD Qarabağda bu işlərə dəstək olacaq
Toplum
1 Dekabr 19:47
Peyvənd olunanların sayı açıqlandı
Toplum
1 Dekabr 19:38
DİN-dən Tofiq Yaqublunun döyülməsi iddialarına cavab
Toplum
1 Dekabr 19:29
Koronavirusun QİÇS-li xəstələrə təsiri ilə bağlı açıqlama
Toplum
1 Dekabr 19:27
Hava proqnozu: Bu ərazilərdə 12 dərəcə şaxta olacaq
Toplum
1 Dekabr 19:04
Ötən ay nə qədər ərazi minalardan təmizlənib?
Toplum
1 Dekabr 18:19
AFAD-ın nümayəndə heyəti ölkəmizdə səfərdədir - Foto
Toplum
1 Dekabr 18:10
1150 AZN-dən başlayan evlər: Şərtlər belədir - Foto/Video
Toplum
1 Dekabr 17:55
FHN-dən hava xəbərdarlığı: Bu, həyatımıza təhlükədir!
Toplum
1 Dekabr 17:45
Güclü külək binanın damını uçurdu - Foto
Toplum
1 Dekabr 17:33
Fəvvarələr meydanındakı aksiya ilə bağlı rəsmi məlumat
Toplum
1 Dekabr 17:27
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
Toplum
1 Dekabr 17:10
Prezident fərman imzaladı
Toplum
1 Dekabr 16:45
Prezident bu vəzifəni ləğv etdi, Hüseynova yeni vəzifə verdi
Toplum
1 Dekabr 16:40
Fırtına: 22 yaşlı azərbaycanlı dənizçi dənizə düşdü - Video
Toplum
1 Dekabr 16:29
2 ay əvvəl atasını, helikopter qəzasında ərini itirdi
Toplum
1 Dekabr 16:17
Zakir Həsənov pakistanlı nazirlə görüşdü
Toplum
1 Dekabr 16:02
“Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir
Toplum
1 Dekabr 15:56
Tərtərdə oğurluq edən şəxslər saxlanıldı
Toplum
1 Dekabr 15:37

Axar.az AZRUENآذ