Texniki baxış məntəqələrində yenilik edildi - Video
Bakıda yerləşən texniki baxış mərkəzlərində yeniliklər edilib.
Axar.az Avstosfer.az-a istinadən xəbər verir ki, Sabunçu və Qaradağ rayonlarında yerləşən müayinə mərkəzləri tam yeni avadanlıqlarla təchiz edilib, hər iki mərkəzdə abadlıq işləri aparılıb, ərazidə yeni yaşıllıqlar salınıb.
Bundan başqa, avtomobillərini texniki baxışa təqdim edən sürücülərin gözləmə zalları yaradılıb ki, burada onlara təmənnasız olaraq çay, su, kofe təklif olunur.
Həm "Sədərək” ticarət mərkəzinin yaxınlığında yerləşən, həm də Zabrat qəsəbəsindəki texniki baxış məntəqələri həftə sonları, eləcə də bayram günləri də adi günlərdəki kimi işləyir. MDB məkanında ən müasir avadanlıqlar məhz burada quraşdırılıb.
Texniki baxışa təqdim olunan hər bir nəqliyyat vasitəsi müasir avadanlıqlarla yoxlanılır və bütün qüsurlar burada aşkar edilir. Bundan sonra sürücüyə elektron qaydada texniki baxış talonu verilir. Növbəti il həmin qüsurlar yenidən aşkar edildikdə avtomobil texniki baxışdan keçirilmir.
Sürücülərə xidmət edən personal xüsusi geyimlərdə və pandemiya qaydalarına uyğun olaraq fəaliyyət göstərirlər.
Bu il ilk dəfə olaraq Bakıdakı texniki baxış mərkəzlərində sürücülər üçün qaynar xətt yaradılıb. 012 511 08 40 nömrəsinə zəng edən sürücülərə xanım operator cavab verir. Qaynar xətt vasitəsilə avtomobilin texniki baxış vaxtını, qayda pozuntuları, avtomobilə aid cərimələri, hansı qüsurların aradan qalıdırılmasını, rüsumu və digər məsələləri öyrənirlər. Respublikanın bütün bölgələrindən başqa sahələr üzrə suallar da olduqda isə aidiyyəti üzrə yönləndirilir.
Operator rus və ingilis dillərində sərbəst danışır və sualları cavablandırır. Artıq Bakıda fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusların nümayəndələri operator xidmətinin səmərəli fəaliyyətinə görə dəfələrlə təşəkkür ediblər.
Hər iki müayinə mərkəzində minlərlə ağac və gül kolları əkilib. Zabratda geniş zeytun bağı salınıb, vaxtilə bataqlığa çevrilən ərazi abadlaşdırılıb. İndi burada həm vətəndaşlar, həm də işçilər üçün normal şərait yaradılıb.
Müəllif: Axar.az
Tarix: 28 Oktyabr 20:18
Şərhlər
Digər xəbərlər
Əlaqələndirmə Qərargahının bir illik fəaliyyəti müzakirə olundu
Toplum
18:48
Mərakeş səfirliyi Azərbaycana başsağlığı verdi
Toplum
18:41
Nazirlikdən hava ilə bağlı daha bir – Xəbərdarlıq
Toplum
17:45
Mustafa Şəntop Azərbaycana başsağlığı verdi
Toplum
17:38
Hərbçimizin qəzadan 13 dəqiqə öncə paylaşdığı - Foto
Toplum
17:32
Ağar helikopter qəzası ilə bağlı başsağlığı verdi
Toplum
17:26
Həlak olan hərbçilərimizin nəşi Bakıya gətirildi
Toplum
17:16
Peyvənd olunanların sayı açıqlandı
Toplum
17:13
Fuad Oqtay Azərbaycana başsağlığı verdi
Toplum
17:07
Helikopter qəzasında yaralananların durumu açıqlandı
Toplum
17:05
Bakıda bu avtobusların hərəkət sxemi dəyişdi
Toplum
16:55
Yoluxanların sayı yenidən artdı
Toplum
16:35
İlham Əliyev fərman imzaladı
Toplum
16:33
İran səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verdi
Toplum
16:20
Bu məktəb koronaya görə bağlandı
Toplum
16:15
Helikopter qəzası: 14 hərbçimiz həlak oldu - Tam siyahı
Toplum
16:10
Narkotik çəkib avtobus idarə edən sürücülər tutuldu - Video
Toplum
16:01
Akar Quliyev və Həsənova başsağlığı verdi
Toplum
15:55
Zakir Qaralovun qardaşı oğluna vəzifə verildi
Toplum
15:50
Belə bir fakt yerli-dibli olmayıb - 16 il cəza alan gəncin anası
Toplum
15:39
İranlı ölkədən qanunsuz 22 min dollar çıxarmaq istədi
Toplum
15:29
Havalar kəskin soyuyur - Umayra Tağıyeva
Toplum
15:17
Xətaidə yenidən istilik kəsildi – Səbəb torpaq satışıdır
Toplum
15:11
Üç qurum “omikron”la bağlı əhaliyə çağırış etdi
Toplum
14:58

Axar.az AZRUENآذ