Bu yük maşınlarının Bakıya girişinə məhdudiyyət qoyulur
Son vaxtlar Bakı şəhərinin mərkəzi və digər küçələrində yük avtomobillərinin gün ərzində yollarda hərəkətdə olması, bəzi ərazilərdə bu səbəbdən müəyyyən sıxlıqların, hətta tıxacların yaranması müşahidə edilir.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
"Tikinti və ya digər ticarət obyektlərinə xidmət göstərilməsi üçün paytaxta daxil olmuş həmin yük avtomobillərinin sonradan ərazidən çıxarılması özü də bir qədər vaxt tələb etməklə yanaşı, digər hərəkət iştirakçılarının yollarda rahat və fasiləsiz hərəkətinə ciddi maneçilik törədir.
Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi haqqında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarı ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin may ayının 1-dən oktyabr ayının 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabr ayının 1-dən may ayının 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunur.
Qeyd edək ki, hüquqi və fiziki şəxslərə məxsus yük avtomobillərinin məhdudiyyət tətbiq edilən saatlarda şəhərdə hərəkətinə yalnız onların hansı marşrutlarla hərəkət etmələrinə icazə verən buraxılış vərəqələri əsasında yol verilə bilər.
Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara müraciət edərək paytaxt ərazisində nəqliyyatın sıxlığının azaldılması məqsədilə tətbiq edilən məhdudiyyət tədbirlərinə hörmətlə yanaşmalarını, vəziyyəti düzgün qiymətləndirmələrini və digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneçilik yaratmamalarını xahiş edir", - idarədən bildirilib.
Müəllif: Axar.az
Tarix: 27 Noyabr 2021 13:12
Şərhlər
Digər xəbərlər
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Toplum
16:01
Həbs olunan sayt rəhbəri aclığa başladı
Toplum
15:55
"Trendyol" məhsullarını alıcılara birbaşa çatdıracaq
Toplum
15:50
"Pfizer" vurulan tibb müəssisələrinin sayı artırıldı
Toplum
15:31
Qarabağa səfər edənlər postlarda yoxlanacaq - Rəsmi
Toplum
15:25
Mina təhlükəsi olan kəndlərdə icma komitələri yaradıldı
Toplum
15:20
Hərbçilərimiz Türkiyədə paraşüt təlimlərində
Toplum
15:14
Müştəri marketi darmadağın etdi – Video
Toplum
14:57
İşdən çıxarılan icra başçısının əmlakları üzə çıxdı
Toplum
14:50
Əli Əliyevlə bağlı apellyasiya şikayəti niyə verilmir?
Toplum
14:37
“Azərbaycan” nəşriyyatı kommersiya qurumuna çevrildi
Toplum
14:15
Goranboyda minaya düşən gəncin son durumu
Toplum
14:02
Anasını balta ilə qətlə yetirən şəxsin - Fotosu
Toplum
13:55
Əsgərlikdən yeni gələn oğlan bu gün faciəvi şəkildə öldü
Toplum
13:32
Sabah Bakıya qar yağacaq
Toplum
13:29
Azərbaycan 20-dən çox məhbusu İrana qaytardı
Toplum
13:23
Nərmanov polisindən əməliyyat: 8 nəfər saxlanıldı - Video
Toplum
13:18
Bu nazirliyə yeni səlahiyyət verildi
Toplum
12:55
Prezident xanım başçını işdən çıxardı - 3 sərəncam
Toplum
12:49
Skif qızıl kolleksiyası ilə bağlı araşdırma başladı
Toplum
12:38
Qazaxlar Ablyazovun mitinqinə gəlmədi
Toplum
12:32
Uşaq bağçaları işçilərinin də maaşı artdı
Toplum
12:25
Prezident yeni nazir təyin etdi
Toplum
12:20
Təqaüdə göndərilən generala yeni vəzifə verildi
Toplum
12:15

Axar.az AZRUENآذ