axar.az
Axar.az
AZ
RU
EN
آذ
Şirvanda sürücü polisə müqavimət göstərdi
Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində nəqliyyat vasitəsini çoxavazlı səs siqnalı quraşdıraraq idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Sabirabad rayon sakini Fərhad Xəlilov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə saxlanılıb. Saxlanılan zaman sürücü polis əməkdaşlarına müqavimət göstərərək ərazidən uzaqlaşmağa çalışıb. Lakin onun bu cəhdinin qarşısı şöbə əməkdaşları tərəfindən alınıb.
Maşına keçirilən baxış zamanı isə əlavə qurğu hesab edilən çoxavazlı səs siqnalı aşkarlanıb.
Sürücü F.Xəlilov barəsində DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxs 15 sutka inzibati qaydada həbs edilib.
Müəllif: Axar.az
Tarix: 27 Noyabr 2021 17:47
Şərhlər
Digər xəbərlər
Qarabağa səfər edənlər postlarda yoxlanacaq - Rəsmi
Toplum
15:25
Mina təhlükəsi olan kəndlərdə İcma Komitələri yaradıldı
Toplum
15:20
Hərbçilərimiz Türkiyədə paraşüt təlimlərində
Toplum
15:14
Müştəri marketi darmadağın etdi – Video
Toplum
14:57
İşdən çıxarılan icra başçısının əmlakları üzə çıxdı
Toplum
14:50
Əli Əliyevlə bağlı apellyasiya şikayəti niyə verilmir?
Toplum
14:37
“Azərbaycan” nəşriyyatı kommersiya qurumuna çevrildi
Toplum
14:15
Goranboyda minaya düşən gəncin son durumu
Toplum
14:02
Anasını balta ilə qətlə yetirən şəxsin - Fotosu
Toplum
13:55
Əsgərlikdən yeni gələn oğlan bu gün faciəvi şəkildə öldü
Toplum
13:32