DİN-də işə düzəlmək istəyənlərin nəzərinə
Daxili İşlər Nazirliyi (DİN) respublikanın şəhər, rayon polis orqanlarında, Naxçıvan MR, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, polis sahə rəisi vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirir.
DİN-nin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, cəmi 50 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Test imtahanı – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında aparılır. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.
Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.
Müsabiqə qaliblərinin təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2021-ci il noyabr ayının 27-dən dekabr ayının 27-dək bu ünvanda yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.
Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet;
- əmək kitabçası (olanlar üçün);
Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.
"Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödənəcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı vebsaytında yerləşdirilmişdir.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-93-51, (012) 590-97-42, (012) 590-92-37, (012) 590-92-21, (012) 590-93-64, (012) 590-95-23.
Müəllif: Axar.az
Tarix: 27 Noyabr 2021 18:51
Şərhlər
Digər xəbərlər
Müştəri marketi darmadağın etdi – Video
Toplum
14:57
İşdən çıxarılan icra başçısının əmlakları üzə çıxdı
Toplum
14:50
Əli Əliyevlə bağlı apellyasiya şikayəti niyə verilmir?
Toplum
14:37
“Azərbaycan” nəşriyyatı kommersiya qurumuna çevrildi
Toplum
14:15
Goranboyda minaya düşən gəncin son durumu
Toplum
14:02
Anasını balta ilə qətlə yetirən şəxsin - Fotosu
Toplum
13:55
Əsgərlikdən yeni gələn oğlan bu gün faciəvi şəkildə öldü
Toplum
13:32
Sabah Bakıya qar yağacaq
Toplum
13:29
Azərbaycan 20-dən çox məhbusu İrana qaytardı
Toplum
13:23
Nərmanov polisindən əməliyyat: 8 nəfər saxlanıldı - Video
Toplum
13:18
Bu nazirliyə yeni səlahiyyət verildi
Toplum
12:55
Prezident xanım başçını işdən çıxardı - 3 sərəncam
Toplum
12:49
Skif qızıl kolleksiyası ilə bağlı araşdırma başladı
Toplum
12:38
Qazaxlar Ablyazovun mitinqinə gəlmədi
Toplum
12:32
Uşaq bağçaları işçilərinin də maaşı artdı
Toplum
12:25
Prezident yeni nazir təyin etdi
Toplum
12:20
Təqaüdə göndərilən generala yeni vəzifə verildi
Toplum
12:15
Bu şəxslərin də maaşı artırıldı - Qərar
Toplum
12:10
Azərbaycanda morq işçiləri bu qədər maaş alacaq
Toplum
12:00
Bu şəhərimiz qazsız qalacaq
Toplum
11:54
Ramiz Mehdiyevin maaşı artırıldı - Bu qədər alacaq
Toplum
11:48
Tağıyevin təsbehini onlar sındırıbmış - Foto
Toplum
11:43
Prokurorluq bu şəxslərə xəbərdarlıq etdi
Toplum
11:29
Bu ərazimizə 30 sm qar yağdı
Toplum
11:23

Axar.az AZRUENآذ