Müştəri marketi darmadağın etdi – Video
13:49
Neftçalada fəaliyyət göstərən marketlərin birində gərgin anlar yaşanıb.
Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olub ki, marketə daxil olan müştəri əlindəki dəyənəklə əsəbi şəkildə vitrinləri dağıdıb, MilliÖn terminalının monitorunu sındırıb.
Onun hansı səbəbdən belə hərəkət etdiyi bilinmir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov redaksiyanın sorğusuna cavab olaraq bildirib ki, hadisəni Neftçala rayonu Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Təhməzov tərəfindən törədilib:
“Həmin şəxs RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir”.
Müəllif: Aytəkin Qardaşova
Tarix: 2022.01.19 / 14:57
Digər xəbərlər